...

Azərbaycanda məhkuma konfetin içərisində narkotik maddə ötürmək cəhdinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2012 17:52 (UTC +04:00)
Azərbaycanda narkotik maddənin cəzaçəkmə müəssisəsinə keçirmək cəhdinin qarşısı alınıb.
Azərbaycanda məhkuma konfetin içərisində narkotik maddə ötürmək cəhdinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycanda narkotik maddənin cəzaçəkmə müəssisəsinə keçirmək cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3; 93.1.4 maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum İsmayılov Ramin Rahim oğlunun yanına qısa müddətli görüşə gəlmiş qohumu İbrahimova Samirə Tahir qızının gətirdiyi sovqata baxış keçirilən zaman konfetin içərisindən ümumi çəkisi 9,9 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti