...

Azərbaycan məktəbliləri arasında "Vergilər" bilik müsabiqəsi keçirilib

Cəmiyyət Materials 26 Aprel 2012 17:19 (UTC +04:00)
Bakının Nəsimi rayonu, 46 saylı orta məktəbdə Bakı şəhərinin əhatə dairəsində yerləşən 11 rayonun şagirdləri arasında "Vergilər" bilik müsabiqəsi keçirilib.
Azərbaycan məktəbliləri arasında "Vergilər" bilik müsabiqəsi keçirilib

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Vergilərlə bağlı biliklərin mənimsənilməsində yüksək nailiyyətlər əldə etmiş şagirdlərin stimullaşdırılması məqsədilə cümə axşamı Bakının Nəsimi rayonu, 46 saylı orta məktəbdə Bakı şəhərinin əhatə dairəsində yerləşən 11 rayonun şagirdləri arasında "Vergilər" bilik müsabiqəsi keçirilib.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqədə 3 yaş qrupuna aid 3-5, 6-8 və 9-11-ci siniflərdə təhsil alan 60 məktəbin şagirdləri iştirak edib.

Hər il ənənəvi olaraq Bakı şəhəri Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət İdarəsi tərəfindən keçirilən bilik müsabiqəsi "Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı" və "Vergilər" tədris vəsaitinin şagirdlər tərəfindən mənimsənilməsi səviyyəsini öyrənmək, həmçinin şagirdlərin bu fənn üzrə maraqlarını artırmaq məqsədi daşıyır. Hazırda respublikanın 50-dən artıq rayonunda vergilərə dair metodiki kabinet fəaliyyətə göstərir.

Test imtahanı ilə keçirilən müsabiqə yekunlaşdıqdan sonra qaliblər müəyyən edilib və müvafiq yaş qrupları və siniflər üzrə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Tədbirdə Bakı şəhəri Vergilər Departamentinin və Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti