...

Ombudsman Aparatının əməkdaşları Quba hadisələrinə görə həbs olunan şəxslərlə görüşüb

Cəmiyyət Materials 30 Aprel 2012 16:18 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları Quba hadisələrinə görə həbs olunan şəxslərlə görüşüb.
Ombudsman Aparatının əməkdaşları Quba hadisələrinə görə həbs olunan şəxslərlə görüşüb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsman Aparatının əməkdaşları Quba hadisələrinə görə həbs olunan şəxslərlə görüşüb.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, ombudsmanın nümayəndələri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında (BİT) olub, orada saxlanılan 11 nəfər təqsirləndirilən şəxslə görüşüblər.

Həmin şəxslərdən Zaur Quliyev istintaq təcridxanasında saxlanma şəraitindən və müəssisə əməkdaşlarının ona qarşı rəftarından narazılıq etməsə də, ilkin tutulma zamanı psixoloji təzyiqə məruz qaldığını və səhhətində (mədəsində) problemlərin olduğunu bildirib.

Habelə Vüqar Qonaqov, Mənsur Yolçuyev, Cavid Hacıyev, Əlizadə Əliyev və digərləri ilə görüş zamanı onlar müəssisədəki şəraitdən və rəftardan şikayət etməyiblər.

Yekunda müəssisə rəhbərliyinə və BİT-in tibb hissəsinin həkimlərinə müvafiq tövsiyələr verilib.

Xəbər lenti

Xəbər lenti