...

Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi rəisinin vəzifəsindən azad edilməsi haqqında məlumat yayıb

Cəmiyyət Materials 3 May 2012 16:31 (UTC +04:00)
Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilərək başqa işə keçirilib.
Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi rəisinin vəzifəsindən azad edilməsi haqqında məlumat yayıb

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilərək başqa işə keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova Əmək Məcəlləsinə və "Dövlət qulluğu" haqqında qanuna edilən dəyişikliyə əsasən tutduğu vəzifəsindən azad edilib.

Əməkdar həkim Leyla Seyidbəyovanın böyük praktiki iş təcrübəsi nəzərə alınaraq, əmək müqaviləsi əsasında Mərkəzi Neftçilər Xəstəxanasına direktor vəzifəsinə təyin olunub.

Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsinə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva təyin edilib.

Xəbər lenti

Xəbər lenti