...

Ombudsmanın nümayəndələri Qubada müvəqqəti saxlama təcridxanasına baxış keçirib

Cəmiyyət Materials 11 May 2012 18:21 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları müvəkkilin tapşırığına əsasən, Quba rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçiriblər.
Ombudsmanın nümayəndələri Qubada müvəqqəti saxlama təcridxanasına baxış keçirib

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir M.Əliyev/

Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları müvəkkilin tapşırığına əsasən, Quba rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçiriblər. Bu barədə cümə günü Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Qrupun üzvləri başçəkmə zamanı bu müəssisədəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib.

Təcridxanada saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.

Xəbər lenti

Xəbər lenti