...

Rusiyanın ali məktəblərinə 23 azərbaycanlı qəbul olunub

Cəmiyyət Materials 21 May 2012 10:22 (UTC +04:00)
Növbəti tədris ili üçün Rusiyanın ali məktəblərinə 23 nəfər azərbaycanlı gənc qəbul olunub.
Rusiyanın ali məktəblərinə 23 azərbaycanlı qəbul olunub

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/

Növbəti tədris ili üçün Rusiyanın ali məktəblərinə 23 nəfər azərbaycanlı gənc qəbul olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bazar ertəsi Trend-ə deyib ki, Rusiyanın Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) 3 nəfər, Rusiyanın digər ali təhsil müəssisələrinin I qrup ixtisasları üzrə 4 nəfər, II qrup üzrə 5 nəfər, III qrup üzrə 5 nəfər, IV qrup ixtisasları üzrə 6 nəfər qəbul olunub.

Rusiya ali məktəblərinə qəbul imtahanları mayın 18-də keçirilib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 110 abituriyentdən 5 nəfəri imtahana gəlməyib.

Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, II və IV ixtisas qruplarında 350 və daha yüksək, III ixtisas qrupunda isə 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılırlar.

Mayın 19-da TQDK-da Rusiya Federasiyasının ali təhsil müəssisələrinə müsabiqənin ikinci mərhələsi keçirilib.

Bu mərhələdə test imtahanında ixtisas qrupları üzrə müvafiq müsabiqə şərtini yerinə yetirən abituriyentlər təqdim olunmuş mövzu üzrə yazı işi yerinə yetirib, daha sonra müsahibədə iştirak ediblər.

Qəbul olunanların sənədləri Rusiya tərəfinə təqdim edilməsi üçün Azərbaycan Təhsil Nazirliyinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti