...

Azərbaycan Gənclər Fondunun bölgələrdə təqdimatları davam edir (FOTO)

Cəmiyyət Materials 14 İyun 2012 13:34 (UTC +04:00)
Azərbaycan Gənclər Fondu 11-16 iyun tarixlərində ölkəmizin bölgələrində təqdimatlar keçirir.
Azərbaycan Gənclər Fondunun bölgələrdə təqdimatları davam edir (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycan Gənclər Fondu 11-16 iyun tarixlərində ölkəmizin bölgələrində təqdimatlar keçirir.

Fonddan cümə axşamı Trend-ə verilən məlumata görə, artıq Quba, Qəbələ, Salyan, Sabirabad, Gəncə və Bərdə kimi şəhərlərdə Gənclər Fondu aktiv gəncləri bir araya toplayaraq Fond haqqında təqdimat edib və gənclərə layihələrini necə maliyyələşdirə biləcəkləri barədə ətraflı məlumat verib.

Fondun əməkdaşları iki qrupa bölünərək müxtəlif istiqamətlərdə yola düşüblər. Təqdimatları Azərbaycan Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov və digər əməkdaşlar aparırlar.

Keçirilən təqdimat mərasimlərinə bölgələrin aktiv gəncləri və gənclər təşkilatları toplanıblar. O cümlədən, müvafiq şəhərlərin və rayonların Gənclər və İdman idarələrinin rəisləri, İcra Hakimiyyəti nümayəndələri təqdimatlarda iştirak edirlər.

Təqdimat bu gün Göyçay rayonunda davam edib. Belə ki, zona mərkəzi olaraq təyin olunmuş Göyçaya Göyçay, Qobustan, Ağsu, Ağdaş, Zərdab, İsmayıllı, Kürdəmir, Ucar və Şamaxı kimi şəhərlərdən gənclər qoşulublar. Ümumilikdə, hər təqdimatda 150-yə yaxın gəncin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu Azərbaycan Prezidentinin 2011-ci il 19 dekabr tarixli fərmanı ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti