...

Azərbaycanda rəqəmsal TV-yə tam keçid ilin sonunadək başa çatacaq

Cəmiyyət Materials 19 İyun 2012 17:33 (UTC +04:00)
Azərbaycanda rəqəmsal televiziya yayımına tam keçid ilin sonunadək gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda rəqəmsal televiziya yayımına tam keçid ilin sonunadək gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, hazırda respublika əhalisinin 85 faizi rəqəmsal yayımla əhatə olunub.

Növbəti illərdə rəqəmsal şəbəkənin özəl şirkətlərin istifadəsinə veriləcəyi ehtimal edilir. Özəl şirkətlər onun bazasında kommersiya xidmətləri göstərə biləcəklər.

Rəqəmsal yayım üçün dekoderlərə gəlincə, Abbasov vurğulayıb ki, onlar ünvanlı sosial yardım alan 130 min ailəyə pulsuz əsasda təqdim ediləcək. Onun sözlərinə görə, hazırda bu layihəyə dövlət maliyyələşdirilməsinin ayrılması imkanı nəzərdən keçirilir.

"Hesablamalarımıza əsasən, dekoderlərin qiyməti hazırda 25-40 manat arasında dəyişir", - Abbasov qeyd edib.

Xəbər lenti

Xəbər lenti