...

Konstitusiya Məhkəməsinin bir hakiminin yaşı qanunvericilikdə müəyyən edilmiş yaş senzindən yüksəkdir

Cəmiyyət Materials 21 İyun 2012 10:23 (UTC +04:00)
Trend-in Konstitusiya Məhkəməsinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, hakim Fikrət Babayevin 74 yaşı var.
Konstitusiya Məhkəməsinin bir hakiminin yaşı qanunvericilikdə müəyyən edilmiş yaş senzindən yüksəkdir

Azərbaycan, Bakı, 21 iyun / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsinin 9 hakimindən birinin yaşı qanunvericilikdə müəyyən edilmiş yaş senzindən yüksəkdir. Trend-in Konstitusiya Məhkəməsinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, hakim Fikrət Babayevin 74 yaşı var.

Qeyd edək ki, "Konstitusiya Məhkəməsi haqqında" qanununa edilən son dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır.

Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.

Babayev 1939-cu il təvəllüdlüdür. O, 1998-ci ildə Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. O, Prezidentin fərmanı ilə 2003-cü ildə "Tərəqqi" medalı ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti