...

Polşada beynəlxalq tədbir çərçivəsində "Azərbaycan çadırı" qurulub (FOTO)

Cəmiyyət Materials 22 İyun 2012 13:17 (UTC +04:00)
Polşada yeni fəaliyyətə başlayan "Azərbaycan Mədəniyyət Mərkəzi" Cəmiyyətinin təşəbbüsü ilə Polşanın Lomja şəhərində bir çox xaqların təmsil olunduğu "Beynəlxalq şəhərcik" tədbiri çərçivəsində "Azərbaycan çadırı" qurulub.
Polşada beynəlxalq tədbir çərçivəsində "Azərbaycan çadırı" qurulub (FOTO)

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Polşada yeni fəaliyyətə başlayan "Azərbaycan Mədəniyyət Mərkəzi" Cəmiyyətinin təşəbbüsü ilə Polşanın Lomja şəhərində bir çox xaqların təmsil olunduğu "Beynəlxalq şəhərcik" tədbiri çərçivəsində "Azərbaycan çadırı" qurulub.

Azərbaycanın Polşadakı səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, bu mədəni tədbirdə Lomja və digər ətraf şəhərlərdən gəlmiş müxtəlif tədris ocaqlarından və məktəblərdən tələbə və şagird qrupları, şəhər rəhbərliyi və sakinləri, mətbuat nümayəndələri iştirak ediblər.

Minlərlə şəhər sakininin və turistlərin marağına səbəb olmuş çadırda səfirlik tərəfindən təqdim olunan çoxsaylı albomlar, xəritələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərini, memarlıq və incəsənət əsərlərini əks etdirən materiallar nümayiş olunub. Lomjada yaşayan həmyerlimiz Sahib Həsənovun iştirakı və dəstəyi ilə çay süfrəsi, Azərbaycan şirniyyatları paylanıb. Bununla yanaşı, tədbirdə Azərbaycan musiqi alətləri, xalılarımız, nərd oyunu nümayiş etdirilib.

Sərgiyə maraq göstərən qonaqlara Cəmiyyət üzvləri tərəfındən Azərbaycan haqqında ətraflı məlumat verilib. Məktəblilər arasında tapmaca müsabiqəsi keçirilib, qaliblərə təqvimlər təqdim olunub. Musiqi alətlərimizə maraq göstərən qonaqlar eksponatlarla interaktiv şəkildə tanış olub, çoxsaylı şəkillər çəkiblər.

Bir çox xalqların iştirak etdiyi "Beynəlxalq şəhərcik" tədbirində Azərbaycan çadırının eksponatlar və canlılığı ilə ən gözəgəlimli olduğunu xüsusi qeyd etmək lazımdır.

Xəbər lenti

Xəbər lenti