...

TQDK bəzi abituriyentlərə müraciət edib

Cəmiyyət Materials 28 İyun 2012 11:39 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Dövlət Aqrar Universitetində yaradılmış "Memarlıq" komissiyasında (86 saylı) qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib.
TQDK bəzi abituriyentlərə müraciət edib

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Dövlət Aqrar Universitetində yaradılmış "Memarlıq" komissiyasında (86 saylı) qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib.

Komissiyanın mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, "2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 19 iyun 2012-ci il tarixli 69 nömrəli sərəncamına əsasən, cari ildə Azərbaycan Dövlət Aqrar Universitetinin "Memarlıq" ixtisasına tələbə qəbulu nəzərdə tutulmayıb. Həmin ixtisas üzrə ADAU-da yaradılmış "Memarlıq" komissiyasında (86 saylı) qeydiyyatdan keçmiş və respublikanın digər ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər Azərbaycan Memarlıq və İnşaat Universitetində "Memarlıq" ixtisası üzrə keçiriləcək qabiliyyət imtahanında iştirak edə bilərlər.

AMİU-da qabiliyyət imtahanında iştirak etmək istəyən abituriyentlər 2-15 iyul tarixlərində TQDK-nın Gəncə Regional Bölməsinə müraciət edə bilərlər. Bunun üçün abituriyentlər onlara verilmiş "Qabiliyyət imtahanı vərəqi"ni və şəxsiyyəti təsdiq edən sənədi Regional Bölməyə şəxsən təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti