...

Kolumbiyalılar Azərbaycanda plastik əməliyyatlar üzrə klinika tikmək istəyirlər

Cəmiyyət Materials 2 İyul 2012 16:51 (UTC +04:00)
Kolumbiyalı iş adamları Azərbaycanda plastik əməliyyatlar üzrə klinikanın tikilməsinə maraq göstərirlər.
Kolumbiyalılar Azərbaycanda plastik əməliyyatlar üzrə klinika tikmək istəyirlər

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İsabalayeva/

Kolumbiyalı iş adamları Azərbaycanda plastik əməliyyatlar üzrə klinikanın tikilməsinə maraq göstərirlər.

Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə müsahibəsində Azərbaycanın Meksikadakı, eləcə də Kolumbiyada akkreditə olunmuş səfiri İlqar Muxtarov deyib.

Onun sözlərinə görə, kolumbiyalı iş adamları bu sahəyə investisiya qoymağa hazır olduqlarını bildiriblər.

"Onlar bu sahədə dünya liderlərindən biridir. Hazırda bu istiqamətdə danışıqlar aparılır", - səfir əlavə edib.

Xəbər lenti

Xəbər lenti