...

Azərbaycanda rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə növbəti imtahan keçiriləcək

Cəmiyyət Materials 6 İyul 2012 15:13 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 7-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsinin abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə növbəti imtahan keçirəcək.
Azərbaycanda rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə növbəti imtahan keçiriləcək

Azərbaycan, Bakı, 6 iyul /Trend müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 7-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsinin abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə növbəti imtahan keçirəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Komissiyadan bildirilib.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni iyulun 4-dən etibarən TQDK-nın internet saytına daxil olaraq çap edə bilirlər.

Cari ildə "Azərbaycan dili" fənni üzrə birinci imtahan mayın 13-də keçirilmişdi. Həmin imtahanda 9167 abituriyent iştirak etmiş, onlardan 7444 nəfəri imtahanı müvəffəqiyyətlə verərək "məqbul" qiyməti almışdı.

Qəbul qaydalarına əsasən, mayın 13-də keçirilmiş imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlərə iyulun 7-də keçiriləcək "Azərbaycan dili" imtahanında təkrarən iştirak etmək imkanı verilir.

Bakı və Naxçıvan şəhərlərində imtahanların keçirilməsi üçün 7 (Bakıda 6, Naxçıvanda 1) imtahan mərkəzi ayrılıb. İmtahanın idarə olunmasına 23 imtahan rəhbəri, 228 zal nəzarətçisi cəlb olunub. Saat 11:00-da başlanacaq imtahanın nəticəsinə görə "məqbul" alan abituriyentlər qəbul imtahan­larına buraxılacaqlar.

Xəbər lenti

Xəbər lenti