...

Azərbaycanda rəqəmsal TV-nin əhatə dairəsi genişləndirilib

Cəmiyyət Materials 29 İyul 2012 09:00 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında "Teleradio" İstehsalat Birliyi (İB) Azərbaycanın 4 rayonunda rəqəmsal televiziyanın əhatə dairəsini genişləndirib. Bu barədə Trend-ə İB-dən deyiblər.
Azərbaycanda rəqəmsal TV-nin əhatə dairəsi genişləndirilib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında "Teleradio" İstehsalat Birliyi (İB) Azərbaycanın 4 rayonunda rəqəmsal televiziyanın əhatə dairəsini genişləndirib. Bu barədə Trend-ə İB-dən deyiblər.

Bu, Qax, Şəki, Tovuz və Xaçmaz rayonlarında yerləşdirilmiş televiziya stansiyalarında quraşdırılan yeni DVB-T rəqəmsal avadanlığın istismara verilməsindən sonra mümkün olub.

Adıçəkilən rayonların televiziya stansiyalarından yayılan rəqəmsal siqnal 10 telekanaldan ibarət rəqəmsal sosial paketi yayımlamağa imkan verməklə yaxınlıqdakı yaşayış məntəqələrini əhatə edir.

Qeyd edək ki, hazırda respublika əhalisinin 85 faizi rəqəmsal televiziya siqnalı ilə əhatə olunub.

Xəbər lenti

Xəbər lenti