...

Bakıda dönərdən zəhərlənmə faktları artmaqdadır

Cəmiyyət Materials 28 İyul 2012 10:23 (UTC +04:00)
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, ötən gün təcili yardıma qida zəhərlənməsi ilə 2 müraciət daxil olub. Onlardan biri dönərdən, biri isə qarışıq qidadan zəhərlənib. Zəhərlənənlərin hər iksi xəstəxanaya yerləşdirlib.
Bakıda dönərdən zəhərlənmə faktları artmaqdadır

Azərbaycan, Bakı, 28 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakıda bir nəfər dönərdən zəhərlənib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, ötən gün təcili yardıma qida zəhərlənməsi ilə 2 müraciət daxil olub. Onlardan biri dönərdən, biri isə qarışıq qidadan zəhərlənib. Zəhərlənənlərin hər iksi xəstəxanaya yerləşdirlib.

Qeyd edək ki, bir neçə gün öncə dönərdən 3 nəfər televiziya işçisi də zəhərlənmişdi.

Ötən gün, həmçinin günvurma ilə bağlı stansiyaya 2 müraciət daxil olub. Hər iki fakt Xətai rayonunda qeydə alınıb. 18 yaşlı qıza və 33 yaşlı kişiyə evdə ilkin tibbi yardım göstərilib.

İyulun 27-də isə bir nəfər suda boğulub. Suda boğulma faktı Türkan çimərliyində qeydə alınıb. 70 yaşlarında şəxsiyyəti naməlum olan kişi meyidi sudan çıxarılıb.

Xəbər lenti

Xəbər lenti