...

55 nəfər əlil Sakiyə müalicəyə yola salınacaq (FOTO)

Cəmiyyət Materials 17 Avqust 2012 16:11 (UTC +04:00)
Dövlət başçısının əlil vətəndaşların tibbi-sosial reabilitasiyasına göstərdiyi xüsusi diqqət və qayğının daha bir ifadəsi kimi, hər il ölkəmizdən bir qrup əlil dövlət hesabına xaricə müalicəyə göndərilir.
55 nəfər əlil Sakiyə müalicəyə yola salınacaq (FOTO)

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Dövlət başçısının əlil vətəndaşların tibbi-sosial reabilitasiyasına göstərdiyi xüsusi diqqət və qayğının daha bir ifadəsi kimi, hər il ölkəmizdən bir qrup əlil dövlət hesabına xaricə müalicəyə göndərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu nəcib ənənənin davamı olaraq, avqustun 20-də 25 nəfər, avqustun 26-da isə 30 nəfər əlil həmvətənimiz Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N. Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzinə yola salınacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev bildirib ki, Ukraynanın Saki şəhərindəki N.Burdenko adına ixtisaslaşmış müalicə mərkəzi səmərəli fizioterapevtik müalicə üsulları ilə məşhur olan bir sanator müəssisədir və iki ölkə arasında müvafiq razılaşmaya əsasən, hər il Azərbaycandan bir qrup əlilin həmin mərkəzdə 28 günlük müalicəsi təşkil olunur. Orada aparılan müalicə kursu əlillərin səhhətində ciddi yaxşılaşma yaradır.

Müalicəyə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır.

Eyni zamanda, Bolqarıstan Respublikası ilə müvafiq razılaşmaya əsasən, hazırda 30 nəfər əlil həmvətənimizin həmin ölkədə müalicə olunduğunu qeyd edən Asəf Əliyev dayaq-hərəkət sistemi zədələnmiş daha 100 nəfərədək əlil vətəndaşın cari il ərzində Naftalan şəhərindəki müvafiq reabilitasiya müəssisələrində bərpa müalicəsinin təşkil ediləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti