...

Azərbaycanda ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlandı

Cəmiyyət Materials 17 Avqust 2012 20:12 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə ixtisas seçimi müsabiqəsinin nəticələrini açıqlayıb. Komissiyadan cümə günü Trend-ə verilən məlumata görə, imtahan nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib.
Azərbaycanda ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlandı

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə ixtisas seçimi müsabiqəsinin nəticələrini açıqlayıb. Komissiyadan cümə günü Trend-ə verilən məlumata görə, imtahan nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib.

Bu il ali məktəblərə ixtisas seçimi etmək hüququ qazanan 38 minə yaxın abituriyentin yalnız 35 893-ü ixtisas seçimi ərizəsini təsdiqləyib.

Bu il ali məktəblərə qəbul planı 34092 yerdir. Azərbaycan bölməsi üzrə qəbul olanı 14 367 yer, rus bölməsi üzrə 345 yer, hər iki bölmənin birgə müsabiqəsi üzrə 19 380 yerdir.

Müsabiqənin nəticələri ilə tqdk.gov. az saytinda taniş olmaq olar.

Xəbər lenti

Xəbər lenti