...

Azərbaycanın bu il ən çox turist qəbul etdiyi ölkələrin adları açıqlanıb

Cəmiyyət Materials 23 Avqust 2012 12:59 (UTC +04:00)
Bu ilin yanvar iyun ayları ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı ötən ilin müvafiq dövrünə nisbətən 72.264 nəfər və ya 7,1 faiz çoxdur.
Azərbaycanın bu il ən çox turist qəbul etdiyi ölkələrin adları açıqlanıb

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin yanvar iyun ayları ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı ötən ilin müvafiq dövrünə nisbətən 72.264 nəfər və ya 7,1 faiz çoxdur. Trend cümə axşamı Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki , ötən ilin I yarımili ərzində Azərbaycana 1.016.559, bu ilin I yarımili ərzində 1.088.823 nəfər gəlib.

2011-ci ilin müvafiq dövrünə nisbətən 2012-ci ilin I yarımilliyi ərzində ən çox artım Gürcüstandan (55.462 nəfər və ya 21,9 faiz, Rusiyadan (33.671 nəfər və ya 9,8 faiz), Türkiyədən (17.864 nəfər və ya 15,6 faiz), Almaniyadan (3.570 nəfər və ya 67,7 faiz, Özbəkistandan (2.690 nəfər və ya 41,1 faiz, Böyük Britaniyadan (2.196 nəfər və ya 18,9 faiz ) və Ukraynadan (1.858 nəfər və ya 10,8 faiz) müşahidə olunub.

Region dövlətlər üzrə MDB ölkələri və Gürcüstan üzrə ümumi artım 89.972 nəfər və ya 13,9 faiz Avropa ölkələri üzrə ümumi artım 30.808 nəfər və ya 20,6 faiz, Asiya ölkələri üzrə artım 986 nəfər və ya 11 faiz, Afrika ölkələri üzrə artım 229 nəfər və ya 25,3 faiz, Amerika və Avstraliya üzrə artım 1.102 nəfər və ya 14 faiz təşkil edib.

Avropa ölkələrindən gələn əcnəbi vətəndaşların sayında artım müşahidə olunub, heç birində azalma qeydə alınmayıb. Eyni zamanda, əcnəbi vətəndaşların Azərbaycana gəlmə göstəricisinə görə, İran Körfəzi və Yaxın Şərq ölkələri üzrə 51.112 nəfər və ya 34 faiz azalma müşahidə olunub. Bunun əsas səbəbi Yaxın Şərqdə müşahidə olunan qeyri-sabit vəziyyətdir.

Eyni zamanda, 2011-ci ilin müvafiq dövrü (1.685.564 nəfər) ilə müqayisədə 2012-ci ilin I yarımiliərzində (1.776.439 nəfər) xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında 90.875 nəfər və ya 5,4% artım müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti