...

Təhsil Nazirliyi azərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərinə imtahansız və yüngül şərtlərlə qəbulundan narahatçılığını bildirib

Cəmiyyət Materials 19 Sentyabr 2012 13:05 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi azərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərinə imtahansız və yüngül şərtlərlə qəbulundan narahatçılığını bildirib.
Təhsil Nazirliyi azərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərinə imtahansız və yüngül şərtlərlə qəbulundan narahatçılığını bildirib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi azərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərinə imtahansız və yüngül şərtlərlə qəbulundan narahatçılığını bildirib.

Trend-in məlumatına görə, Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov çərşənbə günü 6-cı Beynəlxalq Təhsil və Karyera Sərgisinin açılışı ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib ki, nazirlik xaricdə təhsil almaq istəyən Azərbaycan vətəndaşlarının daha nüfuzlu, təhsil səviyyəsi daha yüksək olan, qəbul üçün daha ağır şərtləri olan müəssisələrdə təhsil almasını istəyir.

"Azərbaycanlı gənclərin heç bir imtahan, xüsusi akademik baryerlər olmadan ali məktəbə qəbul olması hamıdan çox TN-i narahat edir. Biz maraqlıyıq ki, azərbaycanlı gəncləri qəbul edən təhsil müəssisələrində qəbul üçün güclü şərtlər, akademik tələbələr olsun", - nazir mavini əlavə edib.

Novruzov deyib ki, bununla belə, Azərbaycan Təhsil Nazirliyi nə Ukraynanın, nə Böyük Britaniyanın, nə ABŞ-ın, nə də qonşu Gürcüstanın xarici ölkə vətəndaşlarını ali məktəblərə qəbul qaydalarını dəyişməsində iddialı ola bilməz. Çünki hər ölkənin öz daxili qaydaları var.

Nazir müavini bildirib ki, dünyanın hər yerində xarici ölkə vətəndaşlarını xarici təhsil müəssisələrində daxili qanunvericilik əsasında yerləşdirilər. Azərbaycanda da xarici ölkə vətəndaşları Nazirlər Kabinetinin təsdiqlədiyi "Xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsil alması haqqında əsasnamə" əsasında ali məktəblərə qəbul edilirlər.

Xəbər lenti

Xəbər lenti