...

Azərbaycanda fəlsəfə və elmlər doktorlarının yarıdan çoxu ali məktəblərdə işləyir

Cəmiyyət Materials 19 Sentyabr 2012 16:31 (UTC +04:00)
Respublika üzrə elmlər doktorlarının 59,5 faizi (1243 nəfər), fəlsəfə doktorlarının 62,9 faizi (5869 nəfər), Azərbaycan Milli Elmlər Akademiyasının 62 həqiqi və müxbir üzvü ali təhsil sistemində çalışır.
Azərbaycanda fəlsəfə və elmlər doktorlarının yarıdan çoxu ali məktəblərdə işləyir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Respublika üzrə elmlər doktorlarının 59,5 faizi (1243 nəfər), fəlsəfə doktorlarının 62,9 faizi (5869 nəfər), Azərbaycan Milli Elmlər Akademiyasının 62 həqiqi və müxbir üzvü ali təhsil sistemində çalışır.

Təhsil Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, universitetlərdə dövlət büdcəsindən maliyyələşən 4 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, 92 elmi-tədqiqat laboratoriyası və 1 təsərrüfat hesablı elmi-tədqiqat institutu fəaliyyət göstərir.

Təhsil Nazirliyi sisteminə daxil olan 27 ali təhsil və elmi tədqiqat müəssisəsində "Təhsil haqqında" qanuna uyğun olaraq yeni doktoranturalar yaradılıb və 2011-ci ildə həmin doktoranturalara ilk qəbul keçirilib.

Ötən il 45 ixtiraya patent, o cümlədən 2 Avrasiya patenti alınıb.

Ali məktəblərdə çalışan alimlərin müəllifliyi ilə 333 monoqrafiya, 309 dərslik, 620 dərs vəsaiti, 1307 adda proqram və metodik ədəbiyyat nəşr olunub.

Xəbər lenti

Xəbər lenti