...

Azərbaycanda istirahət günü isti hava şəraiti üstünlük təşkil edəcək

Cəmiyyət Materials 29 Sentyabr 2012 12:57 (UTC +04:00)
Azərbaycanda istirahət günü isti hava şəraiti üstünlük təşkil edəcək.
Azərbaycanda istirahət günü isti hava şəraiti üstünlük təşkil edəcək

Azərbaycan, Bakı, 29 sentyabr /Trend müxbir M.Əliyev/

Azərbaycanda istirahət günü isti hava şəraiti üstünlük təşkil edəcək.

Trend-in məlumatına görə, şənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 17-20, gündüz 25-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnozlara əsasən, sentyabrın 30-dan oktyabrın 2-dək Abşeron yarımadasında davam edən nisbətən sabit və mülayim isti hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Xəbər lenti

Xəbər lenti