...

Azərbaycan Gənclər Fondu ABŞ-da təmsil olunur

Cəmiyyət Materials 4 Oktyabr 2012 14:02 (UTC +04:00)
Cari ilin 30 sentyabr-5 oktyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində 2012 SIFE Dünya Kubokunun final mərhələsinin yarışları keçirilib.
Azərbaycan Gənclər Fondu ABŞ-da təmsil olunur

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Cari ilin 30 sentyabr-5 oktyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində 2012 SIFE Dünya Kubokunun final mərhələsinin yarışları keçirilib. Ölkəmizi yarışlarda Azərbaycan Tibb Universitetinin SIFE komandası təmsil edib.

Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, SIFE (Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində) keçən əsrin 70-ci illərində ABŞ-da yaranıb və bu günə qədər tələbə gənclərin sahibkarlıq fəaliyyətləri ilə bağlı layihələrin həyata keçirilməsində və həmin layihələrin dünya miqyasında tanınmasına dəstək verməkdədir. Respublikamız müstəqillik əldə etdikdən sonra müxtəlif beynəlxalq təşkilatların fəaliyyətində iştirak etməyə başlayıb. Bunlardan biri də SIFE təşkilatıdır. Ölkəmiz artıq 7-ci ildir ki, bu təşkilatın fəaliyyətində iştirak edir və hər il dünyanın müxtəlif ölkələrində keçirilən Dünya kuboklarının final mərhələsinə qatılır.

Bu il isə ölkəmiz komanda iştirakı ilə yanaşı, SIFE Azərbaycanın İdarə Heyətinin üzvü, Azərbaycan Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov beynəlxalq münsif qismində də iştirak edərək keçirilən oyunların ilkin və yarımfinal mərhələlərinin münsiflər heyətinin üzvü olub.

Oktyabrın 2-də Azərbaycan nümayəndə heyətinin üzvləri ABŞ-ın Dövlət Departamentində görüşdə olublar. Görüşlər zamanı ölkəmiz haqqında geniş məlumat verilib, gənclər siyasəti sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu il keçirilən yarışlarda dünyanın 40-a yaxın ölkəsinin təmsilçiləri iştirak edib. Yarışlarda ABŞ 1-ci yer, Misir 2-ci yer, Zimbabve isə 3-cü yerə layiq görülüblər.

Gələn il isə Dünya Kubokunun Çinin Şanxay şəhərində keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti