...

Cənubi Koreyanın İnkişaf Bankı yaxın vaxtlarda Azərbaycana yeni təhsil krediti ayıracaq

Cəmiyyət Materials 4 Oktyabr 2012 16:39 (UTC +04:00)
Bakıda müasir tipli yeni peşə kompleksinin yaradılması üçün Cənubi Koreyanın İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında aparılan danışıqlar sona çatmaq üzrədir.
Cənubi Koreyanın İnkişaf Bankı yaxın vaxtlarda Azərbaycana yeni təhsil krediti ayıracaq

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakıda müasir tipli yeni peşə kompleksinin yaradılması üçün Cənubi Koreyanın İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında aparılan danışıqlar sona çatmaq üzrədir.

Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov cümə axşamı Trend-ə bildirib ki, bank peşə təhsili müəssisəsinin tikintisi, müvafiq maddi texniki baza və kadr təminatı üçün Azərbaycana 22 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır. Yaxın vaxtlarda bankın Azərbaycana bu krediti ayıracağı gözlənilir.

Kredit hesabına paytaxtdakı 4 nömrəli Bakı Peşə Liseyinin bazasında texnologiya sahəsi üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edə biləcək müasir tipli peşə kompleksi istifadəyə veriləcək.

Xəbər lenti

Xəbər lenti