...

Mahmud Kərimov: AMEA üzvlüyünə seçkilərlə bağlı işlər hələlik dayandırılıb

Cəmiyyət Materials 22 Oktyabr 2012 11:00 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının boş qalan müxbir və həqiqi üzv yerlərinə seçkilərlə bağlı işlər hələlik dayandırılıb.
Mahmud Kərimov: AMEA üzvlüyünə seçkilərlə bağlı işlər hələlik dayandırılıb

Azərbaycan, Bakı, 22 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının boş qalan müxbir və həqiqi üzv yerlərinə seçkilərlə bağlı işlər hələlik dayandırılıb. Trend-in məlumatına görə, bunu AMEA prezidenti Mahmud Kərimov bazar ertəsi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, seçkilər qeyri-müəyyən müddətədək təxirə salınıb və nə zaman keçiriləcəyi hələ bəlli deyil.

"Akademiyada seçkilərlə bağlı işlər hələlik dayandırılıb. Akademiyaya seçkilər müvafiq qurumlarla razılaşdırılmalıdır, çünki seçki cox mühüm hadisədir və onu kortəbii keçirmək olmaz. Qərar verilərsə, bir günün icində seçkilərə hazırlıq prosedurlarına başlaya bilərik", - Kərimov deyib.

O, AMEA-nın Rəyasət Heyətinin (RH) hazırda qeyri-legitim fəaliyyət göstərdiyini qeyd edib.

Qeyd edək ki, Kərimov bir qədər əvvəl verdiyi açıqlamada AMEA-nın həqiqi və müxbir üzvü yerinə seçkilərin bu ilin sonuna qədər təxirə salındığını söyləmişdi. AMEA üzvlüyünə seçkilər sonuncu dəfə 2007-ci ilin iyul ayında keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti