...

AMEA prezidenti güclü rəqabət olan ixtisasların adlarını açıqlayıb

Cəmiyyət Materials 22 Oktyabr 2012 11:32 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov doktoranturaya builki qəbul zamanı texniki elmlərə axın olmamasından təəssüflənib.
AMEA prezidenti güclü rəqabət olan ixtisasların adlarını açıqlayıb

Azərbaycan, Bakı, 22 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov doktoranturaya builki qəbul zamanı texniki elmlərə axın olmamasından təəssüflənib.

"Buna baxmayaraq, builki qəbul zamanı bəzi ixtisaslar üzrə güclü rəqabət var", - Trend-in məlumatına görə, AMEA prezidenti Mahmud Kərimov bazar ertəsi jurnalistlərə bildirib.

Kərimov humanitar və ictimai elmlər üzrə daha çox rəqabətin hiss olunduğunu qeyd edib.

Onun sözlərinə görə, doktoranturaya qəbul imtahanları normal qaydada davam edir və namizədlərin hazırlığı qənaətbəxşdir.

AMEA prezidenti deyib ki, doktoranturaya qəbul imtahanı başa çatdıqdan sonra digər prosedurlar başlayacaq - doktorantların elmi rəhbərləri, mövzuları müəyyən ediləcək. Bu ilin sonuna kimi yeni doktorantlar təsdiq olunacaqlar, yanvarın 1-dən isə onlar təhsilə başlayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti