...

Azərbaycanın təhsil naziri rayon təhsil şöbələrinin müdirlərinə bəzi tövsiyələrini verib

Cəmiyyət Materials 22 Oktyabr 2012 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov rayon təhsil şöbələrinin müdirlərinə müəllimlərin yaş senzi ilə əlaqədar yaranan problemlərə həssas yanaşılmasını, gənc kadrlara şərait yaradılmasını, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini tövsiyə edib. Trend-in məlumatına görə, bunu Mərdanov Gədəbəy rayonunda Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Daşkəsən və Şəmkir rayonlarının təhsil işçilərinin iştirakı ilə keçirilən zona müşavirəsində deyib.

Şagird-müəllim nisbəti məsələsinə toxunan təhsil naziri bu problemin ciddi xarakter daşıdığını və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da rasionallaşdırmaya ehtiyac duyulduğunu bildirib.

Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasının vacibliyini vurğulayan Mərdanov həmin təhsil müəssisələrinə ən yaxşı müəllimlərin və xüsusi istedada malik olan şagirdlərin cəlb edilməsinin əhəmiyyətli olacağına inamını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti