...

Sabah Bakıda keçiriləcək avtomobillərin paradı ilə bağlı bəzi yollar bağlanacaq

Cəmiyyət Materials 24 Oktyabr 2012 11:01 (UTC +04:00)
Bakıda keçiriləcək GT-3 kateqoriyalı "Formula 1" avtomobil yarışında iştirak edəcək avtomobillərin paradı ilə əlaqədar sabah saat 18:00-dan etibarən paytaxtda bəzi yollar bağlanacaq.
Sabah Bakıda keçiriləcək avtomobillərin paradı ilə bağlı bəzi yollar bağlanacaq

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda keçiriləcək GT-3 kateqoriyalı "Formula 1" avtomobil yarışında iştirak edəcək avtomobillərin paradı ilə əlaqədar sabah saat 18:00-dan etibarən paytaxtda bəzi yollar bağlanacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, avtomobillərin paradı oktyabrın 25-də saat 18:00-dan başlayaraq Kempinski hotelindən M.Müşfiq küçəsi ilə Parlament prospekti, M.Hüseyn, T.Elçin, Niyazi küçələrindən "Azneft" dairəsinə, Neftçilər prospekti ilə "Azadlıq" meydanı yürüş zolağı istiqamətində olacaq.

Əsədov bildirib ki, bu hərəkət marşrutu üzrə sürücülər şəxsi avtomobillərdən istifadə etməsinlər.

Bölmə rəisi həmçinin qeyd edib ki, Bakıda məlum yarışın keçirilməsi ilə əlaqədar oktyabrın 29-dək paytaxta rayonlardan gələn avtomobillərin hərəkət marşrutu dəyişdirilir.

Belə ki, rayonlardan gələnlər 3-cü Dairəvi kənar yol ilə 20 Yanvar-Badamdar və digər istiqamətlərə, 20-ci Sahə-Dağüstü Park yolu-Badamdar qəsəbəsindən Mətbuat prospekti və digər istiqamətlərə hərəkət etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti