...

Azərbaycanda ucqar məktəblərdə işləyən gənc kənd müəllimlərlə bağlı yeni təkliflər hazırlanacaq

Cəmiyyət Materials 24 Oktyabr 2012 12:03 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi kənd məktəblərində işləyən gənc müəllimlər üçün dövlət tərəfindən əlavə stimullaşdırıcı tədbirlərin görülməsi məqsədilə yeni təkliflər hazırlamağı nəzərdə tutur.
Azərbaycanda ucqar məktəblərdə işləyən gənc kənd müəllimlərlə bağlı yeni təkliflər hazırlanacaq

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi kənd məktəblərində işləyən gənc müəllimlər üçün dövlət tərəfindən əlavə stimullaşdırıcı tədbirlərin görülməsi məqsədilə yeni təkliflər hazırlamağı nəzərdə tutur. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu təkliflər müəllimlərin şəraitlərinin yaxşılaşdırılmasına yönələcək.

"Bu il də müəllimlər üçün vəsaitlərin, şəraitin artırılması baxımından yeni təkliflər hazırlamağı nəzərdə tuturuq. Düşünürəm ki, hökumət bizim təklifimizlə bağlı qərar verəcək", - Mərdanov deyib.

O bildirib ki, nazirlik hər il olmasa da, bir neçə ildən bir hökumətə bu məsələ ilə bağlı təkliflər verir və müəllimlər üçün stimullaşdırıcı tədbirlərin sayı artırılır.

Nazirin sözlərinə görə, dövlətin verdiyi imtiyazlarla işləmək üçün ucqar kənd məktəblərinə göndərilən gənc müəllimlərin çoxu olmasa da, azı həmin yerlərdə işləməkdən imtina edir.

Mərdanov deyib ki, kənd məktəblərində işləməyərək geri qayıdan gənclərin problemləri araşdırılır. Onların problemlərinin həlli üçün müvafiq tədbirlər görülür.

Təhsil naziri qeyd edib ki, hər il təxminən 700-800 müəllim dövlət imtiyazları əsasında işləmək üçün kənd məktəblərinə gedir. Mərdanovun sözlərinə görə, Azərbaycanda bu sahə üzrə 5-6 il əvvəl özünü göstərən problem artıq öz həllini tapmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti