...

Oktyabrın son günlərində Azərbaycan ərazisində qısamüddətli yağışlar olacaq

Cəmiyyət Materials 26 Oktyabr 2012 13:08 (UTC +04:00)
Oktyabrın 27-si və 28-də Azərbaycan ərazisində qısamüddətli yağışlar proqnozlaşdırılır.
Oktyabrın son günlərində Azərbaycan ərazisində qısamüddətli yağışlar olacaq

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Oktyabrın 27-si və 28-də Azərbaycan ərazisində qısamüddətli yağışlar proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 14-17, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Oktyabrın 28-də də hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, arabir tutulacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 27-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 12-17, gündüz 19-24, dağlarda isə gecə 3-8, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Oktyabrın 28-də də Azərbaycanın rayonlarında eyni hava şəraiti hökm sürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti