...

DSX keçmiş əsgərinin tərxis olunduqdan sonra komaya düşməsi barədə yayılan məlumatları təkzib edir

Cəmiyyət Materials 1 Noyabr 2012 12:53 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti keçmiş əsgərinin tərxis olunduqdan sonra komaya düşməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.
DSX keçmiş əsgərinin tərxis olunduqdan sonra komaya düşməsi barədə  yayılan məlumatları təkzib edir

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət Sərhəd Xidməti keçmiş əsgərinin tərxis olunduqdan sonra komaya düşməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

DSX-nin mətbuat mərkəzindən Trend-ə bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Sərhəd Qoşunlarının keçmiş əsgəri Abid Məmmədlinin guya hərbi hissədə fiziki təzyiqlərə məruz qalması və tərxis olunduqdan sonra depressiya keçirərək oktyabrın 20-də komaya düşməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

DSX bəyan edir ki, 2011-ci ilin aprelində Zərdab rayon hərbi komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Abid Məmmədli oktyabrın 6-da tam sağlam şəkildə ordu sıralarından tərxis edilib.

Yolasalma mərasimi zamanı digər əsgər yoldaşları ilə birlikdə ümumi baxışdan keçirilib, onunla təhlükəsizlik qaydaları barədə, mülki həyatda davranış normaları haqqında söhbətlər aparılıb, gələcək həyatında uğurlar arzulanıb.

"Bu zaman əsgərin heç bir narazılığı və şikayəti olmayıb", deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti