...

Azərbaycanın görkəmli alimi Budaq Budaqov dünyasını dəyişib

Cəmiyyət Materials 1 Noyabr 2012 15:19 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov dünyasını dəyişib.
Azərbaycanın görkəmli alimi Budaq Budaqov dünyasını dəyişib

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov dünyasını dəyişib.

Akademiyadan cümə axşamı Trend-ə verilən məlumata görə, 84 yaşlı Budaqov Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunurdu.

Budaq Budaqov 1928-ci il fevralın 28-də Qərbi Azərbaycanın Zəngibasar bölgəsinin Çobankərə kəndində anadan olub. Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi (1955-1958), böyük elmi işçi (1958-ci ildən) olub. Burada Landşaftşünaslıq şöbəsinin müdiri (1967-1974), elmi işlər üzrə direktor müavini (1974-1988) işləyib. 1988-ci ildən həmin institutun direktoru vəzifəsində çalışıb.

Onun yaradıcılığında elmi-kütləvi, elmi-publisistik məzmunlu məqalələr geniş yer tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti