...

Bakıda yağışlı və küləkli hava nə vaxta qədər davam edəcək?

Cəmiyyət Materials 2 Noyabr 2012 12:06 (UTC +04:00)
Qısa müddətə dəyişən küləkli və nisbətən soyuq hava şəraitindən sonra Azərbaycan ərazisində noyabrın 3-ü səhər saatlarından başlayaraq küləyin zəifləyəcəyi, havanın temperaturunun 3-5 dərəcə yüksələcəyi gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib
Bakıda yağışlı və küləkli hava nə vaxta qədər davam edəcək?

Azərbaycan, Bakı, 2 noyabr /Trend. müxbir İ.isabalayeva/

Qısa müddətə dəyişən küləkli və nisbətən soyuq hava şəraitindən sonra Azərbaycan ərazisində noyabrın 3-ü səhər saatlarından başlayaraq küləyin zəifləyəcəyi, havanın temperaturunun 3-5 dərəcə yüksələcəyi gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında noyabrın 2-dən 3-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 3-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti