...

Azərbaycanın görkəmli alimi Budaq Budaqov ilə vida mərasimi keçirilir

Cəmiyyət Materials 2 Noyabr 2012 15:35 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov ilə vida mərasimi keçirilir.
Azərbaycanın görkəmli alimi Budaq Budaqov ilə vida mərasimi keçirilir

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov ilə vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, vida mərasimdə çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, Budaq Budaqov 1928-ci il fevralın 28-də Qərbi Azərbaycanın Zəngibasar bölgəsinin Çobankərə kəndində anadan olub. Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi (1955-1958), böyük elmi işçi (1958-ci ildən) olub. Burada Landşaftşünaslıq şöbəsinin müdiri (1967-1974), elmi işlər üzrə direktor müavini (1974-1988) işləyib. 1988-ci ildən həmin institutun direktoru vəzifəsində çalışıb. Onun yaradıcılığında elmi-kütləvi, elmi-publisistik məzmunlu məqalələr geniş yer tutur.

Kərimov deyib ki, Budaq Budaqovun əməyi nəticəsində Azərbaycanda çoxsaylı alimlər yetişib.

Coğrafiya İnstitutunun direktor müavini Ramiz Məmmədov deyib ki, o, zəhmətkeş insan, kollektivlə çox yaxşı rəftar edən rəhbər işçi idi.

Mərasimdə digər çıxış edənlər də Budaq Budaqovun həyat yolundan danışıblar.

Mərhum 2-ci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti