...

Dünyada dindarlar arasında dialoqun yaradılmasına ehtiyac var

Cəmiyyət Materials 28 Noyabr 2012 16:06 (UTC +04:00)
Dünyada dindarlar arasında dialoqun yaradılmasına ehtiyac var. Trend-in məlumatına görə, bu barədə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Süvər Bakıda Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən görüşdə bildirib.
Dünyada dindarlar arasında dialoqun yaradılmasına ehtiyac var

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir M.Əliyev/

Dünyada dindarlar arasında dialoqun yaradılmasına ehtiyac var. Trend-in məlumatına görə, bu barədə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Süvər Bakıda Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən görüşdə bildirib.

"Mərmərə Qrupu 15 ildir dinlər və mədəniyyətlərarası toplantılar təşkil edir. Bu müddət ərzində bir çox əhəmiyyətli tədbirlər, o cümlədən Roma Papası ilə üç dəfə görüş keçirilib. Bu ötən illərdən sonra bir qənaətə gəldim - dinlərarası dialoqu bir kənara qoyub, dindarlar arasında dialoqun yaradılmasına ehtiyac var", - o deyib.

Süvər qeyd edib ki, dinlərin və mədəniyyətlərin kəsişdiyi yerlər var ki, onlar da sülh, insanların rifahı üçün imkanlar yaradırlar. O hesab edir ki, uzun illər Balkan yarımadasında və digər ərazilərdə olan müharibələrin səbəbləri din olub.

"Yəni konkret olaraq müsəlman, xristian və yəhudilər arasında ortaq mövqe tapılmalıdır. Misal üçün, müsəlman deyir, yalnız İslam dini cənnətə yol açır, xristian deyir onun dini, yəhudi isə öz dininin cənnətə yol açdığını deyir. Amma bununla yanaşı, hər bir dindarların ortaq dəyərləri var. Yaxşı dindarlar öz aralarında kəsişən mövzular tapıb bir nəticəyə gələ bilərlər", - o deyib.

Süvər bildirib ki, Azərbaycanda və Türkiyədə dinlərarası dialoq yüksək səviyyədədir və din mövzusunda problemlər yaşayan bir çox ölkələr bundan nümunə götürə bilər.

Qrup rəhbərinin müavini Fateh Saracoğlu isə görüşdə bildirib ki, dinlərarası və mədəniyyətlərarası dialoq çox vacibdir, lakin bu gün dünya sülhə nə cür nail olmağı düşünür: "Dünya xalqlarının əsas problemlərinin həll olunması sülhə nail olmağa şərait yaradacaq".

Saracoğlu deyib ki, burada əsas vəzifə vətəndaş cəmiyyətlərinin üzərinə düşür. Onun sözlərinə görə, artıq vətəndaş cəmiyyətləri hər bir ölkənin əsas aparıcı qüvvəsinə çevrilib.

"Ölkələrarası münasibətlərin inkişafında da vətəndaş cəmiyyətinin səyləri böyük əhəmiyyət kəsb edir. Buna nümunə kimi Azərbaycan və Türkiyə QHT-lərinin birgə fəaliyyətini göstərmək olar", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti