...

Albaniya ilə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığa dair saziş imzalanacaq

Cəmiyyət Materials 29 Noyabr 2012 15:27 (UTC +04:00)
Albaniyanın Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır.
Albaniya ilə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığa dair saziş imzalanacaq

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Albaniyanın Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu sazişin Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Albaniyaya səfəri zamanı imzalanması nəzərdə tutulur.

Albaniyanın müstəqillik qazanmasının 100 illiyi münasibətilə keçirilən rəsmi dövlət tədbirlərində iştirak etmək məqsədilə paytaxt Tirana şəhərində rəsmi səfərdə olan nazir noyabrın 28-də bır sıra rəsmi tədbirlərdə iştirak edib.

Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. Albaniyanın Baş naziri Sali Berişa, turizm, mədəniyyət, gənclər və idman naziri Aldo Bumçi ilə rəsmi görüşlər keçiriləcək. Səfər proqramı çərçivəsində, həmçinin Albaniyanın Vlora və Apollo şəhərlərində turizm potensialı, mədəni irs nümunələri ilə tanışlıq nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti