...

Kanada universitetində "Azərbaycan üzrə araşdırmalar" dərsi tədris olunur

Cəmiyyət Materials 30 Noyabr 2012 18:18 (UTC +04:00)
Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) və Toronto Universitetinin birgə layihəsi əsasında universitetin MUNK qlobal əlaqələr fakültəsi bu ilin sentyabrından başlayaraq tələbələr üçün "Azərbaycan üzrə araşdırmalar" dərsini kredit kursu kimi tədris etməyə başlayıb.
Kanada universitetində "Azərbaycan üzrə araşdırmalar" dərsi tədris olunur

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) və Toronto Universitetinin birgə layihəsi əsasında universitetin MUNK qlobal əlaqələr fakültəsi bu ilin sentyabrından başlayaraq tələbələr üçün "Azərbaycan üzrə araşdırmalar" dərsini kredit kursu kimi tədris etməyə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tələbələr üçün hazırda Toronto Universitetində görkəmli elm xadimləri, diplomat və ekspertlərin iştirakı ilə seminarlar keçirilir.

Bu gün "ABŞ-ın Qafqazda xarici siyasəti" mövzusunda Elşən Ələkbərovun keçirdiyi seminarda region dövlətlərinin siyasi və iqtisadi inkişafı, inkişaf və sabitlik yolları ilə bağlı müzakirələr aparılıb.

Kurs çərçivəsində Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyevin və Qafqaz üzrə mütəxəssis Tomas De Vallın seminarları da planlaşdırılır.

Sonra tələbələr təsdiq edilmiş tədqiqat mövzuları üzrə araşdırmalarını elmi məqalələr şəklində yazaraq gələn ilin may ayında keçiriləcək konfransda məruzə edəcəklər. Bu konfransın materialları Toronto Universiteti nəşriyyatı tərəfindən çap olunub müxtəlif institutlara, həmçinin kitabxanalara göndəriləcək.

Qeyd edək ki, KATI Ontario Təhsil Nazirliyinin icazəsi və Kanada Dövlət Xidmətləri Nazirliyinin müvafiq sərəncamı ilə 2011-ci ildə qeydə alınıb. KATİ-nin əsas məqsədlərindən biri Azərbaycan üzrə tədqiqatları və nəşrləri Kanadada həyata keçirmək və onların koordinasiyası vasitəsilə Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, cəmiyyəti, iqtisadiyyatı və mədəni irsi haqqında Şimali Amerika ictimaiyyətini məlumatlandırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti