...

Azərbaycanda qadınlar arasında İİV-ə yoluxma halları artır

Cəmiyyət Materials 1 Dekabr 2012 12:07 (UTC +04:00)
Son illərdə Azərbaycanda qadınlar arasında İİV-ə yoluxma halları artır. Trend-in məlumatına görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova 1 dekabr- Üumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda İİV-ə yoluxanların 80 faizi kişilərdir
Azərbaycanda qadınlar arasında İİV-ə yoluxma halları artır

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Son illərdə Azərbaycanda qadınlar arasında İİV-ə yoluxma halları artır. Trend-in məlumatına görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova 1 dekabr - Üumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda İİV-ə yoluxanların 80 faizi kişilərdir.

Alməmmədova deyib ki, artımın qarşısını almaq üçün ən əsas tədbir maarifləndirmə işlərinin görülməsi və cinsi əlaqə zamanı qoruyucu vasitələrin istifadəsi olmalıdır.

Alməmmədova heteroseksual kontakt nəticəsində İİV-ə yoluxma hallarının artdığını deyib. O deyib ki, belə yoluxma ümumi yoluxmaların 28 faizini təşkil edir.

Alməmmədovanın sözlərinə görə, qeydiyyatda duran İİV-ə yoluxmuş insanların 960 nəfəri, yəni 27 faizi Bakı və Abşeronunun, 73 faizi isə regionların payına düşür. Ən çox yoluxma Şirvan, Hacıqabul, Astara, Lənkəran, Sumqayıt, Xızı və s. rayonların payına düşür. İİV-ə yoluxma üzrə ən aşağı göstərici Gəncədədir.

Alməmmədova deyib ki, ölkə üzrə İİV-ə yoluxanların 44 faizi 30-39, 23 faizi 40-49, 18 faizi 25-29, 2 faizi 0-14 yaşlı uşaqlardır. 15-18 yaş qrupu üzrə yalnız 12 nəfərdə yoluxma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti