...

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya fondu arasında yeni sənəd imzalanıb

Cəmiyyət Materials 5 Dekabr 2012 17:55 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliyanın Romualdo del Bianko Fondu arasında gələcək əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya fondu arasında yeni sənəd imzalanıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliyanın Romualdo del Bianko Fondu arasında gələcək əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb.

Nazirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, sənəd Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Romualdo del Bianko Fondunun dəvəti ilə İtaliyanın Florensiya əyalətinə səfəri çərçivəsində imzalanıb.

Memorandum iki qurum arasında münasibətlərin daha da genişlənməsinə və inkişafına təkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti