...

Azərbaycanın gənclər təşkilatı “Freedom House”-un yaydığı hesabatla bağlı bəyanat verib

Cəmiyyət Materials 17 Dekabr 2012 11:09 (UTC +04:00)
"İRƏLİ" İctimai Birliyi "Freedom House" təşkilatının yaydığı 2012-ci il dünyada azadlıq hesabatı ilə bağlı bəyanat verib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "İRƏLİ" İB-dən bildirilib.
Azərbaycanın gənclər təşkilatı “Freedom House”-un yaydığı hesabatla bağlı bəyanat verib

Azərbaycan, Bakı, 17 dekabr / Trend müxbir M.Əliyev/

"İRƏLİ" İctimai Birliyi "Freedom House" təşkilatının yaydığı 2012-ci il dünyada azadlıq hesabatı ilə bağlı bəyanat verib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "İRƏLİ" İB-dən bildirilib.

"Biz - "İRƏLİ" İctimai Birliyinin üzvləri "Freedom House" təşkilatının 2012-ci il dünyada azadlıq hesabatında Azərbaycanla bağlı göstərilən müddəaların reallıqdan uzaq olduğunu bəyan edir və bu sənədin qərəzli şəkildə hazırlandığını əminliklə bildiririk. Əslində bu cür hesabatlar insan və vətəndaş hüquq və azadlıqlarının vəziyyətini düzgün əks etdirməli, demokratiya və hüququn aliliyi prinsiplərinin qorunmasına xidmət etməlidir. Hesabatın əhatə etdiyi dövrdə insanların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində atılan addımlar dərin təhlil edilməli və yekun nəticə hesabatda yer almalıdır. Nəzər saldıqda görərik ki, 2012-ci ildə Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Son bir il ərzində ölkədə 2 əfv fərmanı imzalanmış və bunun nəticəsində 128 nəfər azadlığa buraxılmışdır", - bəyanatda bildirilir.

İctimai Birliyin bəyanatında təəssüflə qeyd olunur ki, Azərbaycan vətəndaşlarının öz torpaqlarında azad yaşamaq hüququnun işğalçı Ermənistan tərəfindən pozulması hesabatda öz əksini tapmayıb: "Ermənistanda keçirilən son seçkilərin bir teatr tamaşası olmasını isə biz deyil, ATƏT-in rəsmi müşahidə missiyası təsdiq edib. Bu ölkədə son bir il ərzində insanların hüquq və azadlığı istiqamətində vəziyyət daha da pisləşsə də, nədənsə hesabatı hazırlayanlar ya bu faktı görməyib və yaxud qəsdən görmək istəməyiblər".

"İRƏLİ" İctimai Birliyinin üzvləri olaraq, "Freedom House" təşkilatını ədalətli olmağa, proseslərə obyektiv yanaşmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti