...

Sabahdan Azərbaycanda havanın temperaturu yüksələcək

Cəmiyyət Materials 17 Dekabr 2012 11:46 (UTC +04:00)
Dekabrın 18-dən ölkə ərazisində hava şəraitinin nülayimləşəcəyi, yaxın 2-3 gün ərzində havanın temperaturunun 3-4 dərəcə yüksələcəyi gözlənilir.
Sabahdan Azərbaycanda havanın temperaturu yüksələcək

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Dekabrın 18-dən ölkə ərazisində hava şəraitinin nülayimləşəcəyi, yaxın 2-3 gün ərzində havanın temperaturunun 3-4 dərəcə yüksələcəyi gözlənilir. Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında dekabrın 18-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən günün I yarısında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Dekabrın 19-da hava şəraitinin dəyişkən buludlu, səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Mülayim çənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 6-9 dərəcə isti olacaq.

Dekabrın 18-i gündüz saatlarından etibarən Azərbaycanın qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, şərq rayonlarında havanın arabir az yağıntılı olacağı gözlənilir.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Dağlarda havanın temperaturu gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti