Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbirlər K.Zərbalıyeva, M.Əliyev/
Azərbaycanda və ölkənin xaricdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri artırılır.
Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
Dəyişikliyə görə, ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə dövlət rüsumu 40 ABŞ dollarından 55 ABŞ dollarınadək, birdəfəlik giriş vizası üçün 40 dollardan 50 dollara, ikidəfəlik giriş vizası üçün 80 dollardan 100 dollara, 1 il müddətinə çoxdəfəlik giriş-çıxış üçün giriş vizalarının rəsmiləşdirilməsi üçün isə rüsum 250 dollardan 350 dollaradək artırılacaq.
Bundan başqa, vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə rüsum 300 dollardan 400 dollaradək artırılacaq.