...

Sevinc Babayevanın üzərindən iki ayrı pasport və Məryəm Solmaz adına saxta şəxsiyyət vəsiqəsi çıxıb

Cəmiyyət Materials 29 Dekabr 2012 11:48 (UTC +04:00)
Sevinc Babayevanın üzərindən iki ayrı pasport və Məryəm Solmaz adına saxta şəxsiyyət vəsiqəsi çıxıb.
Sevinc Babayevanın üzərindən iki ayrı pasport və Məryəm Solmaz adına saxta şəxsiyyət vəsiqəsi çıxıb

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir A.Tağıyeva/

Sevinc Babayevanın üzərindən iki ayrı pasport və Məryəm Solmaz adına saxta şəxsiyyət vəsiqəsi çıxıb. Trend-in məlumatına görə, bunu Türkiyənin HABER TÜRK saytı yazıb.

Həmçinin məlum olub ki, iki ay öncə Sevinc Babayeva İstanbulun Kıraç bölgəsində ev kirayələyibmiş. Məlumata görə, Babayeva Türkiyəyə qeyri-leqal yolla gedibmiş,

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda adı hallanan Sevinc Babayeva İnterpol tərəfindən axtarışa verilmişdir.

Xatırladaq ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində video yayılıb. Qeyd edilən video ilə bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Dünən isə İstanbul "Medicana International" xəstəxanası Sevinc Babayevanın ölümü ilə bağlı rəsmi məlumat yayıb.

Xəstəxanadan Trend-ə daxil olan bəyanatda bildirilib ki, dekabrın 26-da 112 xidməti vasitəçiliyi ilə Esenyurd Dövlət Xəstəxanası Təcili Yardım Xidmətinə aparılan 39 yaşındakı Məryəm Solmaza orada KPR (Kardio-Pulmonar Reanimasiya) tətbiq olunsa da, ümumi vəziyyətində dəyişiklik olmayan xəstə reanimasiyaya ehtiyac duyulması səbəbi ilə 112 təcili yardım xidməti ilə xəstəxanaya yerləşdirilib.

Xəstə Reanimasiya bölməsinə saat 16:56-da (Türkiyə vaxtı ilə) qəbul edilib.

Xəstənin fiziki müayinəsi edilib, bütün hematoloji və biokimyəvi tədqiqləri, bütün tomografik müayinə nəticələri qiymətləndirilib.

Xəstə süni tənəffüs cihazlarına bağlanıb, bütün həyati funksiyaları monitorlarla izlənib, ürəyinin fəaliyyətində çatışmazlıq görülməsinə görə dəstəkləyici dərmanlar verilib.

Tətbiq olunan bütün dəstək müalicəsinə cavab verməyən xəstənin saat 18.21-də ürəyi dayanıb, KPR tətbiqi ilə 4 dəqiqə sonra ürəyi normal ritminə dönüb.

Ancaq saat 18.30-da xəstənin təkrar ürəyi dayanıb, KPR tətbiq olunub, 10 dəqiqə sonra təkrar ürəyi işləyib. Bütün dəstəkləri artırılan xəstənin, saat 18.45-də ürəyinin təkrar dayanması üzərinə müdaxilə edilib, edilən bütün müdaxilələrə baxmayaraq saat 19.15-də xəstənin həyati funksiyaları dayanıb və xəstə həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti