...

Tehranda havanın xeyli çirklənməsi səbəbindən növbəti dəfə istirahət elan edilib

Cəmiyyət Materials 4 Yanvar 2013 15:17 (UTC +04:00)
İranın paytaxtı Tehranda havanın həddən artıq çirklənməsi sbəbindən hökumət şəhərdə növbəti dəfə istirahət günü elan edib.
Tehranda havanın xeyli çirklənməsi səbəbindən növbəti dəfə istirahət elan edilib

Azərbaycan, Bakı, 4 yanvar/Trend, müxbirlər S. İsayev, Y. Kosolapova/

İranın paytaxtı Tehranda havanın həddən artıq çirklənməsi səbəbindən hökumət şəhərdə növbəti dəfə istirahət günü elan edib. Trend-in məlumatına görə, bu barədə IRNA İranın vıtse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Məhəmməd Cavad Məhəmmədzadəyə istinadən xəbər verir.

Məhəmmədzadə bu barədə İranın Milli İşçi Qrupu və Koordinasiya Komitəsinin iclasında bəyan edib.

Onun sözlərinə görə, sabah Tehranda məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanacaq, həmçinin avtomobil nəqliyyatının hərəkəti məhdudlaşdırılacaq.

Bundan başqa, Tehranda cümə və şənbə günlərinə təyin edilmiş Premyer Liqa matçları oyunçuların sağlamlığını təhlükə altına salmamaq üçün təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti