• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Azərbaycan yol polisi seriallarla bağlı telekanal rəhbərlərinə çağırış etdi

17 Yanvar 2013 13:04 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İ.İzzət /

Azərbaycan yol polisi teleseriallarda yol hərəkəti qaydalarının pozulması hallarının nümayişindən narahatdır.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə deyib ki, seriallarda, proqramlarda yol hərəkəti qaydalarının pozulması məqamlarının nümayiş etdirilməməsi üçün telekanalların rəhbərlərinə müraciət edilib.

"Teleseriallar çəkilərkən orada yol hərəkəti qaydalarına əməl olunması düzgün təbliğ edilərsə, bunun sürücülərin maariflənməsinə böyük təsiri olar. Türkiyə seriallarında hətta cinayətkar olsa belə, avtomobildə sükan arxasına oturarkən təhlükəsizlik kəmərini bağlayır. Azərbaycanda da televiziyalara müraciət etmişik ki, seriallar, verilişlər yayımlananda bu cür hallara diqqət yetirilsin", - Əliyev deyib.

Onun sözlərinə görə, bəzən televiziya proqramları və seriallar çəkilərkən orada yol hərəkəti qaydalarına əməl edilməsi baxımından ciddi qüsurlara yol verilir. Halbuki, bu məsələdə çox diqqətli olmaq lazımdır.

"Biz dəfələrlə televiziyalarda proqram hazırlayanlara iradımızı bildirmişik ki, veriliş hazırlanan zaman sürücünün avtomobili idarə edərkən əlində mikrofon və ya telefon tutması düzgün deyil. Bu proqram və serialları çəkənlər bilməlidirlər ki, təbliğatın ən əsas vasitələrindən biri də insanların televiziyada ən çox baxdıqları filmlər və verilişlərdir. İstər sürücü, istər sərnişin olsun, avtomobilə əyləşərkən üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Filmlərin yaradıcı heyəti də bu məsələlərə çox diqqətlə yanaşmalıdır. Hamı televiziyaya baxır və kim orda nə görürsə, elə bilir ki, belə də olmalıdır. Serialın qəhrəmanı və ya antiqəhrəmanı avtomobili idarə edərkən etdiyi hərəkətlər digərlərinə örnək olur, tamaşaçı onun hərəkətlərini təkrarlayaraq özünü ona bənzətmək istəyir. Olmazmı ki, serial çəkiləndə sürücü maşına əyləşən sərnişinə desin ki, zəhmət olmasa, siz də kəməri bağlayın?! Bunun özü də elə ən güclü təbliğat formasıdır", - Əliyev əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • teleserial
  • Kamran Əliyev
  • yol polisi
Azernews Newspaper
Digər xəbərlər
Yol polisi Gürcüstana səfər edən sürücülərə müraciət etdi
Cəmiyyət 4 Aprel 09:11
Bakıda polisi silahla hədələyib qaçan sürücü saxlanıldı, cinayət işi açıldı
Gündəm 1 Fevral 12:23
Yol polisindən sürücü və piyadalara MÜRACİƏT
Cəmiyyət 1 Fevral 09:25
Sürücüləri ölümə daha çox aparan səbəb - SÜRƏT
Gündəm 24 Yanvar 11:28
Azərbaycanda oğurlanan 246 avtomobildən 227-si tapılıb
Hadisə 24 Yanvar 11:22
Azərbaycanda korrupsiya əməlinə görə 44 nəfər axtarışdadır
Siyasət 17 Yanvar 10:33
Baş İdarə: "Qaynar xətt"ə daxil olmuş müraciətlər əsasında 23 cinayət işi başlanıb
Gündəm 17 Yanvar 10:31
Kamran Əliyev: Korrupsiyaya görə 53 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib
Siyasət 17 Yanvar 10:23
Korrupsiyaya görə ziyanın ödənilməsi üçün 15 milyon manatlıq əmlaka həbs qoyulub
Cəmiyyət 17 Yanvar 10:21
Azərbaycanda 305 vəzifəli şəxs barəsində korrupsiya ilə bağlı cinayət işlərinin istintaqı tamamlanıb
Siyasət 17 Yanvar 10:19
Bu dəfə 88 minə yaxın piyada cərimələndi
Cəmiyyət 17 Yanvar 07:50
Kamran Əliyev: Cinayət əməllərinin dekriminallaşdırılması korrupsiyaya qarşı mübarizənin kəsərinin azalması kimi başa düşülməməlidir
Siyasət 28 Dekabr 2017 15:01
Sabah bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 11 Dekabr 2017 12:18
DİQQƏT! Nömrələrlə bağlı möhlət başa çatdı
Cəmiyyət 13 Noyabr 2017 08:00
NƏHAYƏT! Yol polisi sükan arxasında danışmaqla bağlı məsələyə son qoydu
Cəmiyyət 25 Oktyabr 2017 12:56
Korrupsiya İdarəsinin rəisindən İqtisad Universitetindəki cinayət işi ilə bağlı açıqlama
Cəmiyyət 25 Oktyabr 2017 11:26
Kamran Əliyev: Azərbaycanda korrupsiyaya qarşı möhkəm siyasi iradə var (FOTO)
Siyasət 25 Oktyabr 2017 10:44
Kamran Əliyev: Bank sahəsi ilə bağlı şikayətlər artıb
Cəmiyyət 9 Oktyabr 2017 11:33
Ən çox oxunanlar
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)
Artıq “WhatsApp”a hamı daxil ola bilməyəcək - Yaş həddi...
Bakıda 4 orta məktəbdə dərslər dayandırılıb
Yeni nazirdən məktəbəqədər təhsil müəssisələrinin yenidən nazirliyin tabeliyinə verilməsi məsələsinə münasibət
Nəzər nöqtəsi
Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter