...

Azərbaycanda təbii fəlakətlərlə bağlı kompleks araşdırmaları yeni yaradılacaq qurum aparacaq

Cəmiyyət Materials 23 Yanvar 2013 14:50 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təbii fəlakətlərlərin kompleks şəkildə öyrənilməsi məqsədilə ayrıca strukturun yaradılacağı gözlənilir.
Azərbaycanda təbii fəlakətlərlə bağlı kompleks araşdırmaları yeni yaradılacaq qurum aparacaq

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təbii fəlakətlərlərin kompleks şəkildə öyrənilməsi məqsədilə ayrıca strukturun yaradılacağı gözlənilir. Trend-in məlumatına görə, bunu çərşənbə günü AMEA prezidenti Mahmud Kərimov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə AMEA-da təbii fəlakətlərlə bağlı ayrıca şöbə və ya mərkəz yaradıla bilər.

"Ayrı-ayrı qurumlarda bu problemlər öyrənilir. Amma təbii fəlakətləri kompleks şəkildə öyrənmək lazımdır", - Kərimov deyib.

Onun fikrincə, Azərbaycanda son illər təbii fəlakətlərin artması bu sahə üzrə geniş tədqiqatların aparılmasını zəruri edib.

"Sel, zəlzələ, dolu kimi təbii fəlakətlər tez-tez baş verir. Buna görə də bu fəlakətlərin proqnozlaşdırılması, tədqiq olunması çox vacibdir", - AMEA prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti