...

AMEA-nın işçiləri yenidən attestasiyadan keçiriləcəklər

Cəmiyyət Materials 23 Yanvar 2013 14:56 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzv yerlərinə seçkilər keçirildikdən və yeni Rəyasət Heyəti formalaşdıqdan, təsdiqləndikdən sonra bu qurumda çalışan işçilər arasında növbəti attestasiya keçirilə bilər.
AMEA-nın işçiləri yenidən attestasiyadan keçiriləcəklər

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzv yerlərinə seçkilər keçirildikdən və yeni Rəyasət Heyəti formalaşdıqdan, təsdiqləndikdən sonra bu qurumda çalışan işçilər arasında növbəti attestasiya keçirilə bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü AMEA-nın prezidenti Mahmud Kərimov deyib.

Kərimov bildirib ki, attestasiyanın keçirilməsi üçün AMEA-nın institutlarının direktorları da yenidən təsdiq edilməlidir.

Onun sözlərinə görə, AMEA-da hər 5 ildən bir elmi işçilərin attestasiyasi, bəzi vəzifələrin tutulması üçün yenidən seçkilər keçirilir.

"Şöbə müdirləri, baş elmi işçilər, aparıcı elmi işçilərin hər bir 5 ildən bir yenidən vəzifəyə seçilərək attestasiya edilirlər. Əgər AMEA-nın müxbir və həqiqi üzv yerlərinə seçkilər bu il keçirlərsə, onda biz seçkilərdən sonra yəqin ki, attestasiyanı həyata keçirə bilərik", - Kərimov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti