...

Bakıda 5200-dən çox insanı heyvan dişləyib

Cəmiyyət Materials 31 Yanvar 2013 15:55 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, ötən il Bakıda qeydə alınmış heyvan dişləmələrinin ən coxu itlər tərəfindən törədilib. Ötən il baş vermiş bütün heyvan dişləmələrinin 3989-u itlər tərəfindən edilib.
Bakıda 5200-dən çox insanı heyvan dişləyib

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Ötən il Bakıda 5258 nəfəri heyvan dişləyib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, ötən il Bakıda qeydə alınmış heyvan dişləmələrinin ən coxu itlər tərəfindən törədilib. Ötən il baş vermiş bütün heyvan dişləmələrinin 3989-u itlər tərəfindən edilib. İt dişləməsinin 1172-si sahibsiz heyvanlar tərəfindən edilib.

Ötən il ərzində 259-u naməlum olmaqla, 706 pişik, 460 siçovul dişləməsi baş verib. Heyvan dişləmələrinin 103-ü digər heyvanlar (at, eşşək, inək və s.) tərəfindən edilib.

İt dişləmələri Bakının Xəzər, Binəqədi və Suraxanı rayonlarında daha çox baş verir.

Qeyd edək ki, 2010-cu ildə Bakıda 4501, 2011-ci ildə isə 5752 heyvan dişləməsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti