...

Məhkumların islah edilməsinə və penitensiar müəssisələrin fəaliyyətinə nəzarət edən İctimai Komitə yenidən formalaşdırılacaq

Cəmiyyət Materials 7 Fevral 2013 14:03 (UTC +04:00)
Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin bir illik səlahiyyət müddətinin 2013-cü il martın 1-də başa catması ilə əlaqədar yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.
Məhkumların islah edilməsinə və penitensiar müəssisələrin fəaliyyətinə nəzarət edən İctimai Komitə yenidən formalaşdırılacaq

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin bir illik səlahiyyət müddətinin 2013-cü il martın 1-də başa catması ilə əlaqədar yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu proses Komitənin fəaliyyətini tənzimləyən ədliyyə nazirinin 25 aprel 2006-cı il tarixli əmri ilə təsdiq edilərək dövlət qeydiyyatına alınmış qaydalara əsasən həyata keçirilir və tərkibi aidiyyəti dövlət, habelə qeyri-hökumət təşkilatlarının nüfuzlu nümayəndələrindən, ictimai xadimlərdən ibarət olan seçki komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyəti təhlil edilərək qiymətləndirilir, namizədlər arasında seçim aparılır.

Bununla əlaqədar müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin nəzərinə çatdırılır ki, İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyənlər öz proqram və təklifləri ilə Ədliyyə Nazirliyindəki seçki komissiyasına müraciət edə bilərlər. Müraciətə, həmçinin namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti