...

Mahmud Kərimovla vida mərasimi AMEA-da keçiriləcək (YENİLƏNİB)

Cəmiyyət Materials 10 Fevral 2013 17:25 (UTC +04:00)
Akademik Mahmud Kərimovla vida mərasimi fevralın 11-i saat 15.00-dan başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında keçiriləcək.
Mahmud Kərimovla vida mərasimi AMEA-da keçiriləcək (YENİLƏNİB)

İlk xəbər 14:04-də dərc olunub

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İsabalayeva, M.Əliyev/

Akademik Mahmud Kərimovla vida mərasimi fevralın 11-i saat 12:00-dan başlayaraq 15.00-a qədər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında keçiriləcək. Bu barədə Trend-ə AMEA-dan bildiriblər.

Akademiyanın prezidenti Mahmud Kərimovun Fəxri Xiyabanda dəfn olunması gözlənilir.

Xatırladaq ki, AMEA prezidenti Mahmud Kərimovun bazar günü vəfat edib. O qəfil ürəktutmasından dünyasını dəyişib.

Mahmud Kərimov 18 oktyabr 1948-ci ildə İrəvan şəhərində anadan olmuşdu. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdi. Yarımkeçicilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib, həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti