...

Müdafiə Nazirliyi Bakıda hərbçilərlə mülki şəxslər arasında kütləvi dava ilə bağlı açıqlama verib

Cəmiyyət Materials 25 Fevral 2013 17:00 (UTC +04:00)
Müdafiə Nazirliyi Bakının Hökməli qəsəbəsində hərbçilərlə mülki şəxslər arasında baş vermiş kütləvi dava ilə bağlı açıqlama verib.
Müdafiə Nazirliyi Bakıda hərbçilərlə mülki şəxslər arasında kütləvi dava ilə bağlı açıqlama verib

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyi Bakının Hökməli qəsəbəsində hərbçilərlə mülki şəxslər arasında baş vermiş kütləvi dava ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev Trend-ə bildirib ki, təhqiqatın nəticəsindən asılı olaraq, təqsirkar şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar.

"Təəssüfləndirici hal olsa da deməliyik ki, Hökməli qəsəbəsi ərazisində hərbçilərlə mülki şəxslər arasında belə bir hadisə baş verib. Lakin hadisənin motivi və səbəbləri barədə indi konkret fikir söyləmək tezdir. Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları Müdafiə Nazirliyinin müvafiq qurumları ilə birgə təhqiqat aparırlar. Təhqiqatın nəticəsindən asılı olaraq, təqsirkar şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar", - nazirliyin sözçüsü qeyd edib.

Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 24-də Binəqədi rayonunda, Hökməli dairəsi adlanan ərazidə mülki şəxslərlə "N" saylı hərbi hissənin müddətdən artıq xidmət edən hərbi quluqçuları arasında dava düşüb.

Dava zamanı aralarında həm mülki şəxslər, həm də hərbçilər olmaqla bir neçə nəfər ağır xəsarət alıb.

Nazirliyin əməkdaşı xəsarət alanların adlarını açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti